Xəbər verdiyimiz kimi, yunan-Roma güləşi üzrə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Çempionatının qalibi olub.
O, finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə üstələyib. Bununla da Həsrət Cəfərov dördüncü dəfə qitə turnirində qızıl medala yiyələnib.
Dördqat Avropa çempionu Həsrət Cəfərov Bizim.Media-ya eksklüziv açıqlamasında təbrik və dəstək üçün hər kəsə təşəkkür etdiyini bildirib:
“Həqiqətən də sizin təbrikiniz və dəstəyiniz bizim üçün çox önəmlidir. Bundan sonra da yolumuza davam edib, Himnimizi səsləndirib, Bayrağımızı qaldıracağıq”.
Qeyd edək ki, Avropa çempionatında Həsrət Cəfərovla yanaşı 82 kiloqram çəkidə mübarizə aparan Qurban Qurbanov titulunu qoruyaraq yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışda Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medalları qazanıblar.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
İdman
18:00 / 23.04.2026
Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Dördüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərovdan AÇIQLAMA – VİDEO
608960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































