Xaçmazda uşaq bağçası yanır - Yenilənib

Hazırda oxunan: Xaçmazda uşaq bağçası yanır - Yenilənib

141483
Xaçmazın Xudat şəhərinin Şollar qəsəbəsində yerləşən uşaq bağçasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətindən Report-a verilən məlumata görə, hadisə yerinə rayonun özündən 2, Xudat və Qusardan isə ümumilikdə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Hazırda yanğın bağçaya bitişik evlərdən birinə də keçib. Yaxınlıqdakı daha 3 ev yanma təhlükəsi altındadır. Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.

***

Xudatın Şollar qəsəbəsində yerləşən 1 saylı uşaq bağçasında baş verən yanğın daha da genişlənərək yaxınlıqdakı evlərə keçib.

Nəticədə bağça ilə yanaşı yerli sakinlər Babayev Şükür Atabala oğlu, Dadaşov Yavər İbrahim oğlu və Mamedov Fərhad Qafar oğluna məxsus yaşayış evləri də yanıb.

Hazırda yanğın davam edir.


Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin