“O, həm siyasət, həm də poeziya meydanında eyni dərəcədə mətindir”x9d

Hazırda oxunan: “O, həm siyasət, həm də poeziya meydanında eyni dərəcədə mətindir”x9d

137462

Məlum olduğu kimi, bu gün xalq şairi, sabiq millət vəkili, VHP sədri Sabir Rüstəmxanlının 70 yaşı tamam olur. Bu münasibətlə Moderator.az-a açıqlamasında görkəmli şairi təbrik edən millət vəkili Vahid Əhmədov, Sabir Rüstəmxanlı ilə bağlı arzu və düşüncələrini dilə gətirib:

“Sabir Rüstəmxanlı Azərbaycanın müstəqilliyi, istiqlalı uğrunda mübarizədə yaxından iştirak edən, bu mübarizədə öz qətiyyəti, əzmkarlığı ilə diqqət çəkən bir insandır. Onun istiqlalçı deputat kimi apardığı mübarizə, dövlətimizin, xalqımızın maraqları baxımından səsləndirdiyi bəyanatlar, irəli sürdüyü təkliflər hadisə və proseslərin düzgün, milli maraqlar sferasından qiymətləndirilməsi baxımından mühüm rol oynayıb. xa0

Sabir Rüstəmxanlı həm də öz şeirləri, poetik dünyası ilə də diqqət çəkən, xalq tərəfindən sevilən, ehtiram göstərilən bir ziyalıdır. Onun Azərbaycan ədəbiyyatında özünəməxsus yeri malik şeirlərində hədsiz lirika ilə yanaşı, həm də vətən eşqi, xalq məhəbbəti, bayraq sevgisi özünü büruzə verir. O, həm siyasət, həm də poeziya meydanında eyni dərəcədə mətindir. Onun ən çətin məqamlardan belə öz amal və əqidəsinə sadiqlik nümayiş etdirməsi S.Rüstəmxanlı dünyasının saflığından, bütövlüyündən xəbər verir.

Mən Sabir bəyi ad günü münasibəti ilə təbrik edir, ona ən xoş arzularımı çatdırıram. Əminəm ki, S.Rüstəmxanlının xalqımız qarşısındakı xidmətləri heç zaman unudulmayacaq və hər zaman minnətdarlıq hissi ilə yad ediləcəkdir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin