Vaxt başa çatdı - Abituriyentlərin nəzərinə

Hazırda oxunan: Vaxt başa çatdı - Abituriyentlərin nəzərinə

134859
2016/2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatıb.

Moderator.az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumatına görə, ərizələrin qəbulu aprelin 1-dən 28-dək internet vasitəsilə aparılıb.

Bölmə və ixtisas qrupları üzrə elektron ərizələrin sayı haqqında məlumatla TQDK-nın rəsmi internet saytında tanış olmaq mümükndür.

I-IV qruplar üzrə sənəd verən abituriyentlər növbəti mərhələdə qəbul imtahanlarında iştirak edəcəklər.

Qəbul imtahanları I və IV qruplar üzrə cari ilin məzunları üçün iyulun 15-də, II və III qruplar üzrə isə iyulun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanları II və III qruplar üzrə mayın 15-də, I və IV qruplar üzrə isə mayın 22-də keçiriləcək.

Abituriyentlər qəbul imtahanlarında iştirak etmək üçün imtahana üç gün qalmış TQDK-nın rəsmi internet saytına daxil olub elektron ərizə verərkən istifadə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin imtahana buraxılış vərəqi”x9dni çap etməlidirlər. Buraxılış vərəqəsində abituriyentin imtahan verəcəyi ünvan, imtahanın tarixi, vaxtı və digər məlumatlar qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin