Nazir islahatların məqsədlərindən danışdı...

Hazırda oxunan: Nazir islahatların məqsədlərindən danışdı...

132053
Biz təhsil sisteminin optimallaşdırılması üzrə işə davam etdik. 14 kolleci birləşdirdik, onların bazasında 7 kollec yaratdıq, 4 kollec isə müvafiq ali məktəblərin nəzdinə verilib. Düşünürəm ki, bu orta-peşə təhsilində ən miqyaslı islahatdır.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov məşhur bloger Vyaçeslav Sapunova verdiyi müsahibəsində bildirib.xa0

Nazirin sözlərinə görə, daha bir mühüm məqam ölkənin 58 məktəbində profilli siniflərin yaradılmasıdır.

“Ümumilikdə, 9-cu və 10-cu siniflərdə 180 profilli sinif yaradılıb ”“ bu gələcəkdə fəaliyyət istiqamətini müəyyənləşdirmiş yuxarı sinif şagirləri üçün nəzərdə tutulub. xa0xa0

Bu, sadə dünya təcrübəsidir, amma onun tətbiqi bizdə müəyyən çağırışlar yaradır, belə ki, müəyyən fənlər üzrə müəllimlərə tələbat artır, müəyyən fənlər üzrə isə azalır. Müəllimlərin yükü artır. Bütün bunlar ümumi məqsədə - təhsilin keyfiyyətinin artırılmasına, ali məktəbə hazırlıq üçün şəraitin yaxşılaşdırılmasına xidmət edir”x9d, - Mikayıl Cabbarov bəyan edib. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin