Zərdab Rayon Prokurorluğunun sabiq əməkdaşı Rüfət Səfərova məxsus facebook səhifəsi oğurlanıb.
Bu barədə Moderator.az-a R.Səfərovun
vəkili Bəhruz Bayramov məlumat verib. B.Bayramovun sözlərinə görə, profili oğurlayan
şəxslər R.Səfərovun adından müxtəlif fikirlər səsləndirir ki, həmin profildə
yazılanların R.Səfərova aidiyyatı yoxdur:
“R.Səfərova məxsus profil
oğurlanıb və kimərsə həmin profildə ağlına gələnləri yazır. Bildiririk ki, həmin
profildə yer alan fikirlərin R.Səfərova aidiyyatı yoxdur.
Biz məlum hadisə ilə bağlı
polisə müraciət edəcəyik və çalışacayıq ki, bunu edən şəxslər məsuliyyətə cəlb
olunsun”x9d.
Seymur Əliyev

































































































