Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Hazırda oxunan: Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

623164

Bakıda piyadalar üçün nəzərdə tutulan pilləkən bəzi sürücülərə gözlənilməz maneə yaradır. Nəticədə avtomobillər pilləkəndən aşağı düşərək qəzaya uğrayır.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, sürücülər üçün təhlükə mənbəyinə çevrilən ərazi paytaxtın Yasamal rayonu, Kamal Rəhimov küçəsindədir.

Çoxbərtəbəli binanın qarşısındakı yolun sonunda piyadalar üçün pilləkən var. Sakinlər deyirlər ki, ay ərzində ən azı 5-10 avtomobil sürücüsü həmin pilləkəni görməyib hərəkətlərini davam etdirirlər ki, nəticədə aşağı düşürlər.
 

Sakinlər onu da əlavə etdilər ki, qəzaların baş verməsinə ən çox səbəb bu hissədə olan pilləkənlərin aydın görünməməsidir. Xüsusən ərazidən tez-tez istifadə etməyən sürücülər küçənin sonunda pilləkən olduğunu bilmirlər.


Onlar belə hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığında önləyici tədbirlərin görülməsini təklif edirlər.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, həmin yerə baxılıb və təhlükəni aradan qaldırmaq məqsədi ilə əraziyə dirəklər basdırılacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin