Tramp İrana bir həftə vaxt verdi

Hazırda oxunan: Tramp İrana bir həftə vaxt verdi

623203

ABŞ Prezidenti Donald Tramp İrana dair yeni açıqlaması ilə diqqət çəkib. O, Vaşinqtonun Tehranla aparılan danışıqlara İranın mərhum Ali lideri Əli Xameneinin dəfn mərasimi səbəbindən müvəqqəti ara verdiyini bildirib.
 
Bizim.Media xəbər verir ki, Donald Tramp ABŞ-nin Müstəqillik Günü münasibətilə Cənubi Dakotada keçirilən tədbirdə çıxışı zamanı İran tərəfinin razılıq əldə etməkdə maraqlı olduğunu söyləyib.
 
ABŞ liderinin sözlərinə görə, Vaşinqton humanitar səbəbləri nəzərə alaraq danışıqları bir həftə müddətinə dayandırıb və bu qərar Əli Xameneinin dəfn mərasiminin başa çatmasına qədər qüvvədə olacaq.
 
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimi iyulun 3-də Tehranda başlayıb. Dəfn mərasiminin isə iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin