O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

Hazırda oxunan: O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

623192

Hindistanın Baş naziri Narendra Modi İranın mərhum lideri Seyyid Əli Xameneinin dəfn və vida mərasiminə qatılmayacaq.
 
Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, İran Prezidenti ilə Modi iyunun 30-da İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
 
İran Prezidenti Məsud Pezeşkian Narendra Modini Tehranda keçiriləcək dəfn mərasimində iştirak etməyə dəvət edib. Lakin Hindistanın Baş naziri buna müsbət cavab verməyib.
 
Məlumata əsasən, Hindistanı dəfn mərasimində Bihar ştatının qubernatoru, istefada olan general-leytenant Seyid Ata Hasnainin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Heyətin tərkibində Hindistanın xarici işlər üzrə dövlət naziri Pabitra Marqerita da yer alacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin