Pərviz Həşimlinin atası prezidentə təşəkkür etdi...

Hazırda oxunan: Pərviz Həşimlinin atası prezidentə təşəkkür etdi...

127288
“Mən oğlumu əfv fərmani ilə oğlumu azadlığa buraxdığı üçün cənab prezident İlham Əliyevə təşəkkür edirəm”x9d. 

Bu sözləri  prezidentin əfv sərəncamı ilə bu gün azadlığa buraxılmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli bildirib. 

Kamran Həşimli oğlunun həbs səbəblərindən də danışaraq bu hadisənin keçmiş MTN rəhbərliyi tərəfindən həyata keçirildiyini deyib. 

“Mənim oğlumu MTN-in keçmiş rəhbəri Eldar Mahmudov və onun əlaltıları Akif Çovdarovla İlqar Əliyev qanunsuz olaraq həbs etmişdilər. Mən bu haqda cənab prezidentə müraciət məktubu da göndərmişdim. Sağ olsun cənab prezidentimiz bütün bunları dəyərləndirərək Pərviz Həşimlini əfv sərəncamı ilə azadlığa buraxdı. Mən bur daha öz adımdan və ailəmiz adından cənab prezidentə təşəkkür edirəm”x9d.(Avropa.info)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin