Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarını qanunsuz qaldıranlar, nümayiş etdirənlərə qarşı yeni cəzalar tətbiq edilir. Bu barədə yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinin 584-cü maddəsində yeni iddialar yer alıb. xa0
Maddədə bildirilir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycanda xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının qaldırılması və ya yerləşdirilməsinə görə, fiziki şəxslər 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 500 manatdan 800 manata qədər, hüquqi şəxslər isə 3xa0000 manatdan 4xa0000 manata qədər cərimələnəcək.xa0Mövcud məcəlləyə görə isə bu cəzalar müvafiq olaraq fiziki 10 manatdan 30 manata qədər, 30 manatdan 40 manata qədər və 70 manatdan 100 manata qədərdir.
Maraqlıdır, hansısa aksiya və tədbirdə beynəlxalq təşkilatların bayrağının qaldırılması üçün rəsmi icazənin alınmasını tələb kimi ortaya qoymaq nə dərəcədə məntiqlidir?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy maraqlı fikirlər səsləndirib:
“Şəxsən mən, Səxavət Əlisoy, Almaniyanın Frankfurt şəhərində Azərbaycan bayrağını başımdan uca tutmaq üşün mücadilə etdim və dövlət yetkilisi olan birinə zorla başa saldım ki, dövlət hamımızındır. Hakimiyyət, sənin, onun ola bilər, dövlət isə hamımızındır. Bayraq məsələsində nə aşırı vətənpərvərlik keçərlidir, nə də psevdopatriotizm. Bayrağa sevgi gərəkdir. Bu sevgini afrikalı, amerikalı, avropalı və sair izhar etməsindən asılı olmayaraq, bayrağı sevmək lazımdır, rəngindən asılı olmayaraq.
Ancaq bir məsələni qeyd etmək lazımdır.
Korrupsiya və rüşvətə qarşı mübarizə önəm daşıdığı bir zamanda bayrağı əldə "bayraq" etmək gülüncdür. Azərbaycanın bir önəmli dərdi var bu gün. Hansı ki, o dərd Qarabağ dərdindən önəmlidir. O dərdin adı rüşvət və korrupsiya dərdidir.
Rüşvəti və korrupsiyanı yenən iqtidar Qarabağ problemini asanlıqla həll edər”x9d.
xa0
Seymur Əliyev
xa0




































































































