Bugün bir sıra Kütləvi İnformasiya Vasitələrində “Kişi özünü Bankın qarşısında yandırmağa cəhd etdi”x9d başlığı altında yazı dərc edilmişdir.
Bankın İnkişaf Departamentinin direktoru Rəşad Cümşüdov Moderator.az -a açıqlamasında bildirib ki, adı çəkilən şəxs bankın müştərisidir.
"Adı çəkilən şəxs bankımızın müştərisidir və bank tərəfindən həmin müştəriyə dəfələrlə güzəştlər edilib. Müştəri məlumatlarının məxfiliyini qoruduğumuz üçün əlavə məlumat təqdim edə bilmərik. Onu da qeyd etmək istəyirik ki, müştəri üzərinə yanacaq tökmək faktı qeydə alınmayıb, sadəcə belə bir niyyəti olduğunu bizə bildirib. Onu da qeyd etmək istəyirik ki, bu insidentin manatın devalvasiyası ilə heç bir əlaqəsi yoxdur."




































































































