Rəhbər şəxslərin kreslosu “laxladı”x9d

Hazırda oxunan: Rəhbər şəxslərin kreslosu “laxladı”x9d

113014
Xəbər verdiyimiz kimi, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra Azərbaycan Ağır Atletika millisinin 3 üzvü yenidən dopinqdə günahlandırıldı. Belə ki, kişilərdən ibarət milli komandanın üzvləri Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və xanımların yığmasından Silviya Angelova (48 kq) dopinq-testdə “ilişdi”x9d.
 
Adıçəkilən idmançıların orqanizmində qadağan olunmuş preparatlar tapılıb.
 
Hər 3  atletin A testi müsbət nəticələnib. Buna görə də onlar yenidən analiz verməli olacaq. Əgər B testi də müsbət çıxarsa, Xristov bürünc medaldan məhrum ediləcək. Bundan əlavə, Xristovla yanaşı, Əliquluzadə və Angelova da ömürlük diskvalifikasiya olunacaq.
 
Hazırda hər 3 idmançı növbəti analiz verəcəyi günü gözləyir. Düzdür, idmançılarımız əminliklə qeyd edirlər ki, bu maddələrdən istifadə edilməyib. Hər şey federasiyanın və həkimlərin nəzarətində olub. Ancaq idmançılarımızın gözləməkdən başqa çarələri qalmayıb.
 
İndi də Beynəlxalq Ağırlıqqaldırma Federasiyası yeni qərar qəbul edib. Dopinq qalmaqalında adları çəkilən idmançıların taleyini növbəti ilə saxlayıb. Belə ki, Azərbaycan millisinin ağırlıqqaldıranlarının taleyinə 2016-cı ildə aydınlıq gətiriləcək.
 
Bunun səbəbi Milad və Yeni il bayramı ilə bağlıdır. Beynəlxalq qurum bu gündən (23 dekabr) rəsmən bayram üçün tətilə çıxıb. Federasiya Milad və Yeni il bayramı ilə bağlı 13 günlük istirahətə yollanıb. Buna görə də idmançılar növbəti analizin cavabları üçün yeni ili gözləməlidirlər.
 
Publika.az-ın özəl məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyası bu durumun düzəlməsi üçün çalışır. Səbəb isə rəhbərlikdə yaranacaq struktur dəyişikliyi ilə bağlıdır. Çünki hər kəs postunu itirmək qorxusu ilə yaşayır. Bir sözlə federasiyadakı rəhbər şəxslərin kreslosu “laxlayıb”x9d...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin