Bu gün Rəşid Behbudovun 100 illik yubileyidir - FOTOLAR

Hazırda oxunan: Bu gün Rəşid Behbudovun 100 illik yubileyidir - FOTOLAR

111354
Bu gün görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) 100 illik yubileyidir. Bu münasibət ilə görkəmli sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub, anılıb. 
Musavat.com xəbər verir ki, Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Mərasimdə çıxış edən nazir müavini Ədalət Vəliyev bildirib ki, yaxın vaxtlarda görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən qısa metrajlı sənədli filmin çəkilməsi planlaşdırılır: "Rəşid Behbudov çox mənalı və böyük ömr sürüb. O, dünyaya gözünü açandan musiqi ilə əhatələnib. Onun 100 illik yubileyi bir neçə xarici ölkədə də qeyd olunacaq. Gələn il də bu tədbirlər keçiriləcək, anılacaq. Böyük sənətkarlar, xüsusən də müğənnilər fiziki baxımdan dünyasını dəyişsələr də mənən yaşayırlar. Rəşid Behbudovun səsi, onun ifasında eşitdiyimiz mahnılar Azərbaycan var olduqca yaşayacaq. Fikirləşirəm ki, bu gün onun ruhu çox şaddır. Çünki, bu gün xeyli sayda insan onu xatırlamaq üçün bura toplaşıb. Ümid edirəm ki, gələcəkdə Rəşid Behbudov adına beynəlxalq festival keçiriləcək". 

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə də mərasimdə çıxış edib. Bəstəkar bildirib: "İnanaraq çətindir ki, artıq Rəşid Behbudovun 100 illiyidir. Rəşid Behbudov bütün dünyanı öz səsi ilə fəth etdi. Onun ifasında Üzeyir Hacıbəyli, Rauf Hacıyev, Tofiq Quliyevin mahnıları ən gözəl, ən yüksək səviyyədə təqdim olunub. Çəkildiyi Üz. Hacıbəyli, T. Quliyevin filmləri onun səsi ilə hafizəsi də qaldı. Biz dəfələrlə o səsi eşidir və məftun oluruq. 
Biz bəstəkarlar Rəşid Behbudova çox borcluyuq. Çünki,  o, biz bəstəkarların əsərlərini bütün dünyaya yüksək səviyyədə təqdim etdi. Biz heç  vaxt onu unutmayacağıq".

Uzun illər Dövlət Mahnı Teatrında görkəmli sənətkarla birgə çalışan xalq artisti Mübariz Tağıyev öz çıxışında sənətkarı dahi sözünə layiq insan adlandırıb. 

Daha sonra görkəmli sənətkarın həyat yoldaşı Ceyran Behbudova da çıxış edərək mərasim iştirakçılarına öz təşəkkürünü bildirib: "O, möcüzəli insan idi. Bu sözü bizim ailənin üzvü olduğu üçün demirəm ki,  hər kəs belə düşünür". 

Mərasimin sonunda görkəmli sənətkarın qəbri üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.
Qeyd edək ki, bu gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin müğənninin 100 illiyinə həsr edilən konsert keçiriləcəyi gözlənilir. 

Qeyd edək ki, prezident İlham Əliyev 18 mart 2015-ci il tarixdə Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı görkəmli musiqiçiyə həsr olunmuş tədbirlər davam edir, o cümlədən təntənəli yubiley mərasiminə hazırlıq görülür. 

Təntənəli mərasim, Heydər Əliyev Sarayında olacaq. Hələlik yubiley tədbirinin vaxtı dəqiqləşdirilməyib. 

Yubiley ilə əlaqədar artıq ölkəmizdə bir neçə silsilə tədbirlər keçirilib. O cümlədən bu günlərdə Vyanada Azərbaycanın dünya şöhrətli müğənnisinin100 illik yubileyi münasibətilə yüksək səviyyədə konsert keçirilib. 

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə xanım Vəkilovlar nəslinə mənsub idi.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur.[1] Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb.

Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, əsgəri xidmətdən sonra Tbilisi estrada qruplarından birində solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın rəhbərlik etdiyi Ermənistan Dövlət Caz orkestrində solistliyə başlayır. 30-cu illərdə Ermənistan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.

1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən RÓ™şid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. RÓ™şid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin