Bu günlərdə mediada fırıldaq yolu ilə külli miqdarda vəsaitin əldə edilməsi, bir zavodun onun sahibinin əlindən alınmasına dair məlumat dərc edilib. 23 noyabr tarixində musavat.com saytında yer alan “Çingiz Əsədullayevlə Eldar Mahmudovun zəlil duruma saldığı ailə”x9d adlı materialda AGBank rəhbərliyinə dair ciddi ittihamlar yer alıb.xa0
Məqalədə “Sumqayıt ağac emal”x9d zavodunun zorla onun rəhbəri ”“ Haqverdi Məmmədovun əlindən alındığı iddia olunur. Həmin sahibkarın həyat yoldaşı bildirir ki, H.Məmmədov bankdan alınan krediti qaytara bilmədiyinə görə, “AGBank”x9d rəhbərliyi tərəfindən zavodun səhmləri ondan zorla alınıb. xa0xa0
Məqalədə kifayət qədər ciddi ittihamlar, böyük məbləğlərdən söz gedir. Bu qarışıq məsələyə aydınlıq gətirmək, qarşı tərəfin də rəyini öyrənmək üçün “Sumqayıt ağac emal”x9d zavodunun rəhbərliyi ilə əlaqə saxladıq.xa0
Hazırda “Sumqayıt Ağac Emalı”x9d ASC-nin İdarə Heyətinin sədri Qeys Kərimovla görüşüb ondan məsələlərə aydınlıq gətirməsini istədik. Məlum oldu ki, zavod özəlləşdiriləndən bəri onu işlədən, rentabelli müəssisəyə çevirən şəxs məhz Q.Kərimovdur. O, adıçəkilən məqalədə “AGBank”x9d rəhbərliyinə qarşı səsləndirilən ittihamların yalan və böhtan olduğunu bəyan edir. Beləliklə, Qeys Kərimovun Bizimyol.info-ya müsahibəsini təqdim edirik:
- “Sumqayıt Ağac Emalı”x9d zavoduna nə vaxtdan rəhbərlik edirsiniz?xa0
-Mən 1996-cı ildən etibarən “Sumqayıt ağac emalı”x9d zavodunun direktoru vəzifəsində işləmişəm. Bu zavod xa0həmin dövrlərdə “Azərsənaye”x9d dövlət şirkətinin nəzdində idi. Sonra müstəqillik illərində mərhum prezident, ümummilli lider Heydər Əliyevin sərəncamı ilə zavod özəlləşməyə çıxarıldı. Özəlləşdirmə zamanı ilk olaraq kollektivə müraciət olunurdu. Bizim zavodun özəlləşdirmə prosesi 1999-cu ildən 2001-ci ilədək davam etdi. xa0Mən də qohum-əqrəba, yaxın adamlardan borc alıb zavodu özəlləşdirdim və xa0bu müəssisənin səhmlərinin xa091 faizinin sahibi oldum.xa0
Mən zavodun işini gücləndirmək, istehsalat prosesini müasirləşdirmək üçün yeni qurğular, avadanlıqlar gətizdirmək istəyirdim. Zavodla bağlı arzularım vardı. Yeni iş yerləri yaratmaq istəyirdim. Həmin vaxt sahibkarlar üçün yaxşı şərait yaradılmışdı. Xüsusi biznes planlarım vardı.xa0
Amma bu işləri görməyə pulum çatmırdı. Çünki dövriyyədə olan vəsaiti, həm də əlimdəki pulların hamısını özəlləşdirməyə sərf etmişdim. Planlarımı reallaşdırmaq üçün bir neçə banka müraciət etdim. Amma kredit verən olmadı.
-Lakin ittihamlarda zavodun “AGBank”x9ddan kredit aldığı bildirilir.
-Həmin vaxt alınmamışdı. Sonradan rəhmətlik qardaşım Elmir məni Haqverdi Məmmədovla tanış etdi. H.Məmmədov “Texnikabank”x9dda işlədiyi deyirdi. Ona özəl zavodumu girov qoyub kredit götürmək istədiyimi bildirdim. Söz versə də, əməl etmədi.xa0
Lakin bu söhbətin üstündən bir il keçəndən sonra həmin Haqverdi Məmmədovun özü zavoda gəldi. Dedi ki, ayrı bir bank ”“ “Azəriqazbank”x9ddan kredit ala bilər. Əvəzində səhmlərimi istədi. Dedi ki, “səhm versən, bu işə qol qoyub, həll edərəm”x9d. Razılaşdım, səhmlərimin 40 faizini ona verdim. Bunun müqabilində 500 min dollar nağd pul verməyə razılaşdı. Amma o pulu mənə vermədi.xa0
Biz yalnız 2005-ci ildə Məmmədov Haqverdini zavoda direktor təyin etdik və xaricdən avadanlıq gətirilməsi üçün kredit almağa başladıq. Azərbaycanda ilk dəfə olaraq laminat parket xəttini mən xa0Almaniyadan gətizdirdim. Bu xəttin gətirilməsi üçün bankdan zəmanət sənədi almışdıq.xa0
-Lakin H.Məmmədovun həyat yoldaşı Elmira Məmmədova bu məbləği onun ailəsinin ödədiyini bildirir.xa0
-Xeyr, biz kredit alıb laminat istehsalına başladıq. Axırıncı parket xətti üçün aldığımız 1 milyon 150 min manatı da zəmanət məktubu ilə almışıq və əvəzində avadanlığı gətirmişik. Beləliklə, işə başladıq. Kreditin faizlərini bağlamaq üçün istehsalın həcmi kifayət edirdi. Ona görə də dövriyyədə əldən olunan pulları Haqverdi Məmmədov banka ödəmək üçün bizdən alırdı. Mən bu pulların banka ödənilib-ödənilmədiyini izləməmişdim. Amma sən demə, ödəmirmiş.
Bir gün məni banka çağırıb bildirdilər ki, sizin xeyli borcunuz yaranıb, o borcu necə qaytaracaqsınız? Mən Çingiz müəllimin (Çingiz Əsədullayev-red) yanında oldum. Ona da vəziyyəti izah etdim, dedim ki, artıq zavodu işlədə bilmirəm. Ona görə də təklif elədim ki, pulu olan kiməsə zavodu verək ki, borcları qaytarsın.xa0
Elə o dövrdə Haqverdi özündə olan səhmlərin 20 faizini Burhan Həmidov adlı adama 1 milyona satdı. Mən də o dövrdə həyatımda ilk dəfə bir aylıq dincəlməyə getdim. Qayıdanda gəlib gördüm ki, 1 milyon manat da yoxdur, Burhan Həmidov da yoxdur. Çünki Burhan deyirmiş ki, Haqverdi Məmmədov məni zavodun hesabatlarına yaxın buraxmır.xa0
Bu dəfə- 2010-cu ildə yenə Çingiz Əsədullayevlə görüşdük. O vaxta qədər hissə-hissə kredit almışdıq və məbləğ 4 milyon 700 min manata yaxın yığılmışdı. Burhan Həmidov dedi ki, onda zavodu yenidən işlətmək üçün pul var. Sadəcə səhmlər Haqverdinin oğlunun adınaydı, onları öz adına keçirtmək istəyirdi. O vaxt tərəflərin razılığı ilə, heç bir narazılıq olmadan 2 nömrəli notariusda alqı-satqı etməklə səhmlər Burhan Həmivodun adına keçirildi. Onda Burhan söz verdi ki, borc kimi kənar adamlardan alınan pulları da qaytaracaq. Həmçinin, bankın da qarşısında kredit borclarının qaytarılacağına dair öhdəlik götürdü. Hətta bir neçə gün sonra Haqverdi Məmmədovun oğlu xa0Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə gedərək orada səhmlərin Burhanın adına keçirilməsi üçün sənədə imza atdı. Yəni, bu işlər hamısı tərəflərin razılığı ilə baş verib.xa0
Burhan Həmidov deyirdi ki, zavodu 2-3 il işlədib bu pulları qaytaracağam, sonra da Qeys gəlib işi davam etdirər. Mən də ayda müəyyən məbləğdə maaş müqabilində zavodda qalırdım. Təəssüf ki, sonradan Burhan Həmidov bankı da aldatdı. Verdiyi vədləri xa0yerinə yetirmədi, adamların da pullarını qaytarmadı.
-Lakin mətbuatda çıxan məlumatlarda səhmlərin zorla Məmmədovlar ailəsinin əlindən alındığı bildirilir.xa0
-Mətbuatda bu haqda xəbər çıxanda, çox təəccübləndim. Mən deyə bilmərəm ki, Haqverdi Məmmədovun yığdığı var-dövlət hansı səbəbdən onun əlindən çıxıb. Ancaq onu deyə bilərəm ki, Haqverdi bura gələnədək mənim və zavodun heç kimə borcu yox idi. Yalnız Haqverdi Məmmədovun səriştəsiz idarəetməsinə görə bu bəlaların hamısı başımıza gəldi.xa0
Onu dəqiq bilirəm ki, Haqverdi Məmmədov səhmlərin müqabilində Burhandan həmin 1 milyon manatı alıb getdi. Sonradan evlərini niyə satdığını bilmirəm. Bunların zavodla əlaqəsi yoxdur. Mənimlə işlədiyi dövrdə əmlakını girov qoymayıb.xa0
Hazırda Haqverdi Məmmədov Azərbaycanda deyil, Kanadada yaşayır. Bəs ora necə gedib? Bildiyim qədər, ikinci ailə qurub, yeni doğulmuş övladı da var. Mən onların ailəsində hansı problemlərin olduğunu bilmirəm.xa0
Əgər Haqverdi mənim əmlakımı satıb 1 milyon alıbsa, hansı haqq-ədalətdən danışırlar? 2011-ci ildə H.Məmmədov zavodda deyildi, getmişdi və özüylə 1 milyon da pul aparmışdı. Zavodun puluyla oğluna aldığı evi girov qoyubsa, bunun axı “AGBank”x9da aidiyyəti yoxdur.xa0
-Bəs zavodun sonrakı taleyi necə oldu? Necə oldu ki, siz yenə iş başına qayıtdınız?
-Burhan Həmidov bir neçə ilə zavoddan 4-5 milyon manat pul qazandı. Amma bankın borcunu qaytarmadı. Belə olanda, bankın sədri xa0Çingiz Əsədullayev yenidən mənə iş başına keçməyi, zavodu işlədib borcları qaytarmağı təklif etdi. Bankın kredit faizlərini dondurdular. 2014-cü il iyunun 23-də əmr verildi, məni “Sumqayıt Ağac Emal”x9d ASC-nin sədri seçildim. Deyildi ki, heç kim mane olmasın, zavodu işlədib bankın pulunu ödəyək.xa0
-Ötən il zavodun banka nə qədər borcu var idi?xa0
-Həmin vaxta kimi 7 milyon manata yaxın borc pul yığılmışdı. Burhan 4 il bu zavodun qanını sordu,. O vaxtlar işlər yaxşı gedirdi, gəlir olurdu. Amma Burhan banka pul ödəmədi, özü üçün işlədi. Nəhayət, bank da məhkəməyə müraciət edərək səhmləri Burhandan aldı..xa0
Hazırda mənimlə bank arasında mövcud müqaviləyə əsasən, kredit borcu veriləndən sonra səhmlər mənə qaytarılacaq. İndi mən həmin zavodun İdarə Heyətinin sədri vəzifəsində çalışıram.xa0
Biz ötən ildən etibarən birgə işə başladıq. Bu müddət ərsində gücümüz çatan qədər bank borcunu ödəmişik, məbləğ bir qədər azalıb. Amma indiki iqtisadi böhran üzündən sifarişlərimiz azalıb, demək olar yoxdur. 20 ildə heç belə duruma düşməmişik. Zavodun potensialı böyükdür, amma sifariş almadığımıza görə, fəaliyyətimizdə problem yaranıb.xa0
Sonda onu deyim ki, mən bu məsələlərlə bağlı cənab prezidentə də müraciət etmişəm və sözümün arxasında dayanıram. Bəyan edirəm ki, səhmlərin Hqverdi Məmmədovdan alınmasında ona heç bir təzyiq olmayıb. Çingiz müəllim bu zavodun işlətmək üçün mənə və H.Məmmədova kömək edib. Sadəcə, Haqverdi Məmmədov idarəetməni düzgün aparmadığına görə, 4 il mənim balarım ac qaldı.xa0
Hazırda “AGBank”x9d götürdüyüm xa0kreditin ödənilməsi üçün mənə iş şəraiti yaradıb. Böyük çətinliklərimiz olsa da, banka olan milyonlarla borcun ödənilməsi üçün çalışıram.


































































































