Xəbər verdiyimiz kimi, ötən gün Rusiyaya aid olan SU-24 təyyarəsi Türkiyə hava qüvvələri tərəfindən vuruldu. Belə ki, Suriyadakı Hmeymim aviabazasından havaya qalxmış Su-24 qırıcısının Türkiyənin hava sərhədlərini pozduğu aşkar görünüb. 5 dəqiqə ərzində 10 xəbərdarlıq edilib, lakin hava məkanının pozulması davam etdiyindən, xəbərdarlıqlardan sonra təyyarə vurulub.xa0
Bu hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının təcili toplanması üçün tapşırıq verib.
Türkiyə isə hesab edir ki, Rusiyanın Su-24 təyyarəsi ilə bağlı insidentdə Türkiyə HHQ təhlükələrə reaksiya qaydaları çərçivəsində hərəkət edib. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib: “Biz belə bir situasiyanı istəməzdik. Ancaq hamı Türkiyənin öz sərhədlərini mühafizə eləmək hüququna hörmət eləməlidir və Ankaranın heç bir ölkəyə qarşı düşmən niyyəti yoxdur”x9d.
İki ölkə arasında baş verənlər ekspertlər tərəfindən də birmənalı qiymətləndirilmir. xa0Ölkələr arasında münasibətlərin bundan sonra da gərginləşəcəyi istisna edilmir. Qardaş Türkiyə mətbuatında Rusiyanın onlara hücum edə biləcəyi versiyası barədə xəbərlə dolaşır. Dünya mətbuatı isə III dünya müharibəsinə səbəb ola biləcəyi ilə bağlı proqnozlar verir.xa0
Belə bir məqamda region ölkələrindən biri kimi Azərbaycan əhalisi də baş verənlərdən narahatlıq keçirir. III dünya müharibəsi haqqında deyilənlər insanlar arasında da şayiələrə səbəb olub.xa0
Bəs, görəsən, hazırda son hadisə ilə bağlı əhali arasında ictimai rəy necədir? xa0İnsanlar qardaş Türkiyənin bu addımını dəstəkləyirmi?xa0
Bu suallarla bağlı ictimai rəyi öyrənmək üçün Musavat.com şəhər sakinləri arasında sorğu keçirib. (musavat.com)
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
































































































