Muğamın bilmədiyimiz sirləri və gizli tarixi - MARAQLI

Hazırda oxunan: Muğamın bilmədiyimiz sirləri və gizli tarixi - MARAQLI

223135


Moderator.az siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə istinadən musiqimizin şahı sayılan muğam haqqında bir neçə maraqlı faktı təqdim edir.


Muğamın bilinməyən tarixi

-Biz tarixə nəzər salsaq konkret olaraqxa0 muğamın bir janr kimi nə vaxt meydana gəlməsi haqqında tam dolğun mənbə tapa bilmərik. Muğamı bəzi tədqiqatçılar dar çərçivəyə salıb şumer dövrü ilə əlaqələndirlər. Lakin muğamın daha da erkən dövrlərə aid mənbə və daş yazılarında mövcud olduğununxa0 şahidi oluruq.xa0
Şumer mədəniyyətinin alt laylarında olan və onun inkaşıfına təsir edən amillər hələ tam araşdırılmayıb. Digər tərəfdən muğam düşüncəsi ilə bağlı olan müəyyən elementləri - elə götürək mezolit dövrünün rəsmlərini - biz insan cəmiyyətinin erkən dövrlərində müşahidə edə bilirik. Bu isə onu sübut edir ki, muğam tarixi bəşəriyyətin tarixi qədər qədimdir və muğam insanla birlikdə meydana gələn musiqi janrıdır ki, “Göylə cism arasında” vəhdətin yaranması üçün meydana gəlib.xa0

Muğam düşüncəsi, fəlsəfi mahiyyəti

-Muğam insanı həyat pillələri vasitəsilə ideala yüksəldir. O pillələr insan həyatının bir mərhələsidir. İnsan muğam ülviyyətində daim saflaşmaya, mahiyyətə doğru hərəkət edir, son nəticədə həqiqəti mütləqə qovuşur.xa0
Muğamların İranda “dəstgah”, Azərbaycanda “muğam”, “dəstgah”, Ərəbistanda, Türkiyədə makam, şimali Afrikada, Əlcəzairdə, Tunisdə, Mərakeşdə “istixbar, nuba”, Hindistanda “raqa”, Pakistanda “xəyyal”, Özbəkistanda, Tacikstanda “makom”, Türkmənistanda, Qərbi Çində (Uyğurlar) “mukam” adlandırılmasına baxmayaraq janr etibarı ilə hamısı eyni tipli musiqidir.

“Muğam” sözünün mənası

“Muğam” sözünün kökü muğ-mağ-maq-muq (sehrkar) sözündən irəli gəlir. Azərbaycan xalqının etnik ulu əcdadları olan tayfalar muğamilər (sehrkarlar) adlandırılırdı. Sözün semantik mənası “od”, yaxud “alov” deməkdir. Tarixi cəhətdən sübut olunubxa0 ki, qədim Azərbaycan ərazisində yaşayan muğ-mağların kahinləri çox istedadlı insanlar olub. Onlar elm, incəsənət, tibb, musiqi və dini biliklərini tətbiq etməklə dövləti mükəmməl idarə edə bilmişlər. Onların bu gün yaşadığı Azərbaycan məkanının adı “Muğan” bu tayfanın adından götürülüb.

Muğam və Azərbaycanxa0

Azərbaycan ərazisinin böyük bir hissəsi Muğan adı ilə tanınan şəhər və kəndlərdən ibarətdir. Muğam melodiyalarının Muğan ərazisi ilə sıx əlaqədar olması faktı dahi şair, tarixçi və filosof Nizami Gəncəvinin əsərləri vasitəsilə aşkara çıxarılır.xa0

Bu gün dünyada Magiya-sehr sözünün yaranması da qədim MAQ-MUĞ-MAĞ-larla bağlıdır. Əsrin müxtəlif dövrlərində bu sehr elmi dünyaya yayılmışdır. Səciyyəvidir ki, kahin silkindən olan maqlar mədəniyyət tarixinə yalnız din, fəlsəfə, elm təmsilçisi kimi deyil, həm də təlim yaradıcısı kimi daxil olmuşlar. Mədəniyyət tarixində “maqlar dini”ndən deyil, daha çox “maqlar təlimi” və “maqlar elmi”ndən bəhs edilmişdir. Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştiliyin təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Məlumdur ki, İslamdan əvvəl şamanların, maqların məsləhəti ilə qərarlar qəbul edən Xaqanlar öz övladlarını bu hörmətli insanların yanına qoyub şər qüvvələrdən qorumaqla yanaşı onların təlim və tərbiyəsini də maqlara həvalə edirdilər.xa0

Muğam və mistikaxa0

Mistik baxsaq mövzuya”Səs olmasaydı, söz olmazdı, işıq olmasaydı, rəng olmazdı” sözünü İnsanın ilk yaranışı ilə bağlamaq olar. Dini inancda dünyanı yaratmamışdan əvvəl Allah-Təalanın ilk sözü “İşıq olsun” olub. İlk İnsan yaranandan onun əsas missiyası YARADANA-İşıq Sahibinə xidmət etmək olub. Bu xidmətə də onu YARADAN üçün dua etmək daxil idi ki, ilk insan musiqi ilə Yaradan ilə ünsiyyət qururdu və onun DUA-sı bu gün bizim bildiyimiz MUĞAM-dır. Son olaraq qeyd edim ki, Səs və rəng ağdan başladığı kimi, bütün səslər “hu”dan başlayır, çünki “Allah” sözü “hه/” səsi ilə qurtardığı kimi, təzə doğulan uşağın da ilk səsi nəfəslə bağlı “h” səsidir. Bəlkə buna görədir ki, sufilərin haldan-hala keçməsi “hu” hayqırtısı ilə baş verir. Bu baxımdan xanəndənin yaradıcılığında dinlə bağlılıq tam mənada sufi fəlsəfəsi ilə üst-üstə düşür. Buna görə rəqəmlərdə olan möcüzə ilə Muğam bağlıdır. Xalça ilmələrində, aşıq musqisində, şeirlərdə hamısı bir sistemli şəkildə MUĞAM adlı bir DUA-da vəhdət tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin