Eynşteynin bir imzası 60 min adamın ölümünə səbəb oldu- GERÇƏK TARİX

Hazırda oxunan: Eynşteynin bir imzası 60 min adamın ölümünə səbəb oldu- GERÇƏK TARİX

161805



Moderator.az təqdim edəcəyi yazıda çağdaş fizika elminin inqilabçısı sayılan Albert Eynşteynin iki məktubuna toxunacaq. Bu məktublar xoş niyyətlə göndərilsə də birinin müsbət, o birinin isə mənfi təzahürləri yaşandı. Amma məktubları birləşdirən ortaq cəhət var idi- Hər ikisi nasistlərdən qorunmaq üçün müraciət xarakterli idi.

Birinci məktubu, o, 1933-cü il iyunun 17-də Türkiyə hökumətinə xahiş məktubu göndərib. xa0Hökumətə, konkret olaraq baş nazirin ünvanına göndərilən bu məktub son dərəcə nəzakətli ibarələrlə zəngin olub. Məktubda Eynşteyn o zaman Almaniyada yaşayan alimlərin təhlükə altında olduğunu, eləcə də işlərində xa0ciddi əngəllər yarandığını qeyd edirdi.xa0

Həmin məktubdan bir hissəni təqdim edirik:

“Mən sabiq xidmətkarınız professor Albert Eynşteyn”x9d
“Almaniyada təzyiqlər altında yaşayan 40-dan çox elm xadiminin və tibb müətəxəssisinin Türkiyədə yaşayıb fəaliyyət göstərmələri üçün icazə vermənizi xahiş edirəm.
Haqqında danışdığım adamlar Almaniyada onlara qarşı tətbiq edilən qadağalar səbəbindən fəaliyyət göstərə bilmirlər. Amma onlar kifayət qədər təcrübə, dünyagörüş və savada malik olduğundan yaşayacaqları hər hansı ölkəyə fayda verəcəklərinə əminəm. Bu 40 insan bizim birliyə göndərilən çoxsaylı müraciətlər arasından seçilərək sizin xa0ölkəyə tövsiyə edilir”x9d.

Related

Bu məktub özünün müsbət sonluğunu çox gözlətmir. Atarükün məsələyə müdaxiləsindən sonra böyük alimin xahiş məktubu cavabsız qalmır. Eynşteyn sonradan Türkiyəyə gəməyi və bu hərəkətindən dolayı Atatürkə öz təşəkkürünü çatdırmaq istəsə də, onların görüşü alınmadı”x9d.


Böyük fizikin növbəti məktub isə, ABŞ prezidenti Franklin Ruzveltə olur. O zaman artıq müharibə başlamışdı və 1939-cu ildə bir qrup alim”“mütəxəssis nasistlərə zərbə vuracaq, kütləvimqırğın silah hazırlanması üçün ABŞ prezidentinə müraciət etdilər. Eynşteyn o zamanlar dünyanın ən tanınmış alimlərindən bəlkə də, birincisi idi. O səbəbdən də, almanları məhv edəcək bombanın hazırlığına icazə üçün onun imzası yetərli sayılırdı. Deyilənə görə, Ruzveltin razılıq verməsinə səbəb olan əsas məqam Eynşteynin həmin məktubdakı qolu olub. xa0
İmzasının digərlərindən daha çox təsir gücünü bilən Eynşteyn 1945-ci il Xirasimo faciəsində özünü günahkar bilirdi. Ölənə qədər onun vicdanını ən çox bu amil narahat etdi. O, bu addımıyla xa0bəşəriyyətə xoşbəxtlik gətirəcəyini zənn etsə də, xa0tam əksi baş verdi. Eynşteyn də insanlıq tarixinin ən böyük faciələrindən birinə qol qoymuşdu.xa0
Eynşteyn bombanı ərsəyə gətirən Manhattan layihəsində qətiyyən iştirak etmədi. Amma faciə barəsində eşitdiyinə özünü onu hazırlayan alimlər qədər günahkar bildi.xa0


Ancaq, Xirosima faciəsində onun vicdanını ağrıdan daha bir məqam var idi. Belə ki, 60 min insannın ölümünə səbəb olan bombanın hazırlanmasında Eynşteynin fiziki tənliklərinin birindən istifadə edilmişdi.xa0

Elmin Nuri



xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin