xa0
(yazının əvvəlini bu linkdən oxuyun: xa0//www.moderator.az/news/161356.html xa0)
Cəmiyyətdə gedən mənəvi aşınma, çürümə prosesini narın çürüməsi ilə müqayisə etdik. Bildiyimiz kimi, cəmiyyətin çürüməsi, mənəvi aşınma ilk növbədə gənclərə təsir edir və onların yetkinləşməsinə mənfi təsir göstərir. Son dövrlər gənclərin milli-mənəvi dəyərlərdən sürətlə uzaqlaşması və Avropanın parıltılı həyatına meyillənməsi də məhz bununla əlaqədardır.xa0
Bunu əncir ağacının meyvələri ilə müqyisə etmək olar: onlar həm kal, həm də dəymiş olarkən tökülürlər. Fərq ondadır ki, yetişmiş əncirlər ağacın kökünə düşüb orada öz toxumları ilə yenidən cücərdiyi halda, kal meyvələr tökülərkən xa0 diyirlənib xa0ağacın kökündən uzaqlaşırlar. Ətrafımızdakı insanlara dərindən nəzər salsaq eyni mənzərəni görərik: yetkin insanlar əslinə, kökünə, milli dəyərlərə sadiq qaldıqları halda, cahillər bütün bu dəyərlərdən nəinki uzaqlaşırlar, hətda dəyərlərə qarşı mübarzə aparmağa başlayırlar. Nəticədə mənəvi aşınma sürətlənir və cəmiyyət çürüməyə doğru gedir.
Araşdırmalar göstərir ki, bütün bunlar təsadüfən baş verməyib, məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasət dünyaya sahiblənmək istəyən masson lojaları tərəfindən yönləndirilir. Bu gün dünyanı əslində mafiyalar idarə edirlər; olkələrdəki hakimiyyətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. Onlar ən böyük zərbəni xalqın mənəviyyatına, əxlaqına vururlar. Bunu da KİV vasitələri ilə həyata keçirirlər. Belə ki, televiziyalarda, xa0qəzetlərdə, xa0saytlarda əxlaqsız müğənniləri və s. bu qəbildən olanları önə çıxararaq, insanların gözünə soxmaqla, pozğunluğu təbliğ edən serial və filimləri nümayiş etdirməklə insanların tərbiyəsinə, əxlaqına sağalmaz yaralar vururlar. Əxlaqı pozuq insanlar isə, o qədər cılızlaşar ki, xa0öz dəyər-qiymətni bilməz və heç vaxt böyük ideyalar, amallar, bəşəri dəyərlər uğrunda mübarizə aparmazlar (indiki kimi). Belə insanlar özlərini çox ucuz satarlar ki, bu da masonlara sərf edən bir xa0vəziyyətdir. Bütün bunlara görə bu gün Azərbaycanda əxlaq faciəsi hökm sürür...
Onu da qeyd edək ki, Dünyanı yönləndirən mafiyalar (masonlar) demokratiyanı, haqq-ədaləti ancaq avropalılar üçün nəzərdə tutublar. Onlar Azərbaycana və digər müsəlman dövlətlrinə ancaq xammal bazası kimi baxırlar. Ona görə də bu cür xa0dövlətlərə sözəbaxan, özlərinə tabe olan rəhbərlər təyin edib, onların əli ilə sərvətləri talamaqla məşğuldurlar.xa0
Taladıqları haram sərvətlərdən kiçik bir hissəni də həmin dövlətlərin siyasi cəhətdən fəal kəsiminə qrant adı ilə ötürürlər ki, onlar səslərini kəssinlər və xalq üçün yalançı bir ümid yerinə çevrilsinlər. Siyasi partiyaların qorunub saxlanması ölkədə yalançı bir xa0demokratiya imici yaradır. Həm də xalqın fəal hissəsi başqa ideyalar (İslam və s.) ətrafında birləşməyə meyl etmirlər. Hamı ümidin siyasi təşkilatlara bağlayır. Beləliklə, millətin ümidlərini də nəzarət altında saxlayırlar.xa0
Onu da bilməliyik ki, siyasi partiyalara qrant ayıran fondların bəzilərinin rəhbərləri Dünyada qadın ticarətinə rəhbərlik edirlər. Belə çirkli pulların bir hissəsini də Azərbaycandakı siyasi hərəkatlara ötürdüklərinə görə buradakı xalq hərəkatı haramlaşdı, çirkaba bulaşdı. Masonlar bunu qəsdən etdilər. Çünki, onlar bilirlər ki, müqəddəs ideyaların qarşısını almağın əsas yolu onu haramlaşdırmaq, çirkaba batırmaqdır. Ona görə də son dövrlər aparılan mübarizələr heç bir effekt vermir.
Araşdırmalarımız göstərir ki, cəmiyyəti mənəvi cəhətdən aşındıran, çürüdən səbəblərdən biri də qanunların düzgün tərtib edilməməsidir; yəni, yaradılış qanunları ilə uzlaşdırılmamasıdır. Belə ki, qanunverici orqanlarımız xa0heyvanlar haqqında qanun qəbul edərkən onların bütün xüsusiyyətlərini (balalama dövrü, ovlama dövrü və s.) nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır.
xa0Belə ki, bildiyimiz kimi, bütün dövrlərdə və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən daim üstün olur. Bundan əlavə isə, qadın cinsindən olanlar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa can atırlar (və yaxud bioloji təlabatlarını ödəməyə meyilli olurlar). Qadınlarda hətda 70-80 yaşda da ailə qurmaq şansı yaranarsa, bu onlarda problem yaratmır (fiziki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, bu belə deyildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl edirlər (əgər maddi imkanları yol verirsə). 70 yaşdan sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hallarda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi dalıycan, hərbiyə və s. getmələri) faktları nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir:
“... sizə halal olan (bəyəndiyiniz) xa0qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla xa0ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.”x9d xa0 xa0“Qadınlar”x9d surəsi, 3-cü ayə.
İndi gəlin görək qanunverici orqanlar bu yaradılış qanunlarını nəzərə alırlarmı? Nəzərə alsaydılar hər halda cəiyyətimizi çürüdən hallar (fahişəlik, zinakarlıq, qadın ticarəti və s.) bugünkü kimi tüğyan etməzdi.xa0
Oxucuda haqlı sual yaranacaq ki, parlamentlər niyə insanlar haqda qanun qəbul edərkən onların bioloji xüsusiyyətlərini nəzərə almırlar? Almayanda bu cür pozğun həyatla qarşılaşırıqsa, bəs alsalar nə baş verərdi?
Araşdırmalarımız göstərir ki, bu gün dünyada qadın ticarətinə nəzarət edənlər Avropada oturan və beynəlxalq fondlara rəhbərlik edənlərdir. Onlar demokratiya adı altında xa0 ikinci, üçüncü qurup ölkələrin parlament seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından istifadə edərək birbaşa idarəçilərə təsir etməklə qanunların yaradılış qanunları (insanın bioloji xüsusiyyətləri) ilə uzlaşdırılmasına heç vəclə imkan vermirlər. Çünki, bu halda “tələblə təklif”x9d bərabərləşər, qadın artıqlığı yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük zərbə dəyər (qadınların sayı artıq olmasa və onlar öz təlabatlarını ödəməyə yollar axtarmasalar qadın ticarətinə də şərait yaranmaz).xa0
Heç öz-özünüzə sual vermisinizmi niyə Avropa və oradan yönləndirilən (təsir dairəsində olan) dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qadınlarla (yaxud qadının çoxlu kişilərlə) qeyri-rəsmi xa0şəkildə (vətəndaş nigahı adıyla) birgə yaşamasıına icazə verildiyi halda, niyə rəmi (qeydə alınmış) şəkildə buna icazə verilmir? Bu ona bənzəmirmi ki, ağacdakı meyvəni oğurluq yeyə bilərsən, amma icazəli (halal) yeyə bilmərsən (?). Bu anormallıq deyilmi?xa0
Niyə belə edirlər?
Səbəbi odur ki, əgər buna rəsmi icazə verilərsə, bekar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarətinə zərbə vurar (!). İndi sizə aydın oldumu ikinci, üçüncü qurup ölkələrə öz fərdi fondundan milyardlarla pul buraxan adamlar bu pulu haradan və necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN!xa0
Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını yaşamaqdayıq. Cəmiyyətimiz çürüyür və əxlaq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə xa0ailə qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji təlabatlarını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində qalırlar. Bu da insanlar arasında xa0stresə, əsəb gərginliyinə və bir çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına gətirib çıxarır...
Amma, insanlarımız (əsasən də qadınlarımız) nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz kişiylə nigahınıza dövlət qanunları rəsmi icazə vermirsə (qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa əlaqənizi Allahın kitabına uyğun qurun: (ən azı) iki nəfər etibarlı şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin və üzərinizə xa0şəriətə müvafiq ər-arvadlıq məsuliyyəti götürün. Bu cür nigahı dövlət tanımasa da heç olmasa Allah dərgahında qəbul ediləcək və siz biri-birinizə halal olacaqsınız. Bu nə qədər yaxşı olmasa da hər halda zinakarlıqdan günaha batmaqdan, yalançı siğədən, qorxu və həyəcan keçirməkdən çox yaxşıdır. Həm də yaşadığımız cəmiyyəti (gəmini) aşınmadan və çürümədən qorumuş olarıq.
xa0“... İçərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün doğru şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər”x9d. “Quran”x9d, “Boşanma”x9d surəsi, xa02-ci ayə.xa0
Paşa Yaqub,
Yazıçı-psixoterapevt


































































































