Moderator.az “Kinokryoz”x9d layihəsindən növbəti yazını təqdim edir. Bu dəfə 1978-ci ildə xalq yazıçısı Anarın eyni adlı povesti əsasında lentə alınan “Dantenin yubileyi”x9d filmindən çox maraqlı iki detalı təqdim edəcəyik. Hər iki detal “YUÄž”x9d Dövlət Teatrının yaradıcısı mərhum Vaqif İbrahimoğlu ilə bağlıdır. Vaqif İbrahimoğlunun filmdə baş qəhrəman Feyzulla Kəbirlinksinin (Həsən Turabov) oğlu Eldar roluna çəkilməsinin maraqlı tarixçəsi olub:
O zaman Vaqif İbrahimoğlu elə xalq yazıçısının təşəbbüsü ilə Teatr Cəmiyyətinin nəzdində yaradılan Eksperimental Teatr Studiyasında çalışırdı. Əsas məqsədi də həmin studiyaya peşəkar teatr statusunu qazandırmaq olub. Qeyd edək ki, V. İbrahimoğlu sonradan bu istəyinə çatır və hazırda alternativ teatr ənənəsinin ilk qaranquşu olan “YUÄž”x9d Dövlət xa0teatrını yaradır. Amma o zaman hələ ki, “YUÄž”x9dun yaranmasına xeyli xa0qalmışdı. Şah əsərlərindən olan xa0“Dantenin yubileyi”x9d povestini ekranlaşdırmaq istəyən Anar V. İbrahimoğlunu baş qəhrəman xa0Feyzulla Kəbirlinskinin oğlu- Eldar roluna dəvət edir. Amma iki ciddi işi çatdıra bilməyəcəyindən ehtiyat edən Vaqif İbrahimoğlu (o zaman Vaqif Həsənov kimi tanınırdı ”“E.N) razılaşmasa da Anara “yox”x9d deyə bilmir. O zaman Fəxrəddin Manafovu həmin rol üçün yazıçıya təklif edir. Bu barədə mərhum rejissor öz xatirələrində yazır: “Anar bəyə “yox”x9d deyib nanəciblik edə bilmədim. Hiyləmiz ondan ibarət idi ki, sınaq üçün bir epizodu Fəxrəddinlə birgə gizli hazırlayıb Anar bəyə təqdim edək. Məqsədimiz Anar bəyi sonucda fakt qarşısında qoyub Fəxrəddinin bu rola çəkilməsinə vadar etmək idi. Çünki mən hələ o zamandan əmin idim ki, Fəxrəddin böyük ekran üçün yaradılmış, xüsusi potensiala malikdir”x9d.
Lakin Fəxrəddin Manafovla Vaqif İbrahimoğlunun bu kələyi bir işə yaramır. Anar sınaq çəkilişlərinə formal yanaşaraq əvvəlcədən müəyyən etdiyi aktyorları filmə çəkir.xa0
Vaqif İbrahimoğlu xatirələrində yarıciddi, yarızarafat maraqlı bir detala da toxunur. Xatirələrində Anarın aktyorları sanki “paralel dünyalardan aldığı dürlü xəbərlərə əsasən”x9d seçdiyini qeyd edir və fikrini bir faktla bu cür əsaslandırır:
“Filmdə bir epizod var: Kəbirlinskinin oğlu- yəni mən, dostu ilə xa0(Bəxtiyar Xanızadə) restoranda oturub salonda çalınan toya baxırlar. Həmin toy da mənim qəhrəmanımın sevdiyi qızın toyudur. Zavallının halının necə olması görünüşündən bəllidir.O vaxt özümə toxtaqlıq vermək üçün deyirəm: Eybi yox, mənim də öz taleyim olacaq. Demirlər ki, Qrotski teatrı, Efroş teatrı, Lyubimov teatrı- bax mənim də öz teatrım olacaq.
Məsələ ondadır ki, illər keçdi və mən öz teatrımı- “YUÄž”x9du yaratdım. Hələ bu azmış kimi Anar öz cazibə dairəsinə Bəxtiyarı da qoşdu. Filmdə mənim dostum olub, arzularımı dinləyən Bəxtiyar da sonradan öz teatrını- “Dəli Yığıncağı”x9d Pantomimo Teatrını yaratdı.xa0
Vaqif xa0İbrahimoğlu sonradan həmin səhnə ilə bağlı başqa maraqlı detalı da qeyd edir. Sanki doğurdan da Eldar rolu gələcəkdə Vaqif İbrahimoğlunun reallaşdırdığı işlərin əsas ideya müəllifi olub. Filmə baxanlar bilir ki, həmin toy səhnəsində Eldar şıdırğı rəqs edən Siyavuş və Cavada (Elçin Məmmədov, Rafael Dadaşov) baxaraq onlarla bağlı planlarını deyir: ”x9dSiyavuşu özümə müavin edəcəyəm, Cavada isə rol verəcəyəm. Amma iclaslarda onu tənqid edəcəyəm. Həqiqətən də o cür olur. Elçin Məmmədov (yəni Siyavuş) xa0uzun müddət Vaqif İbrahimoğlu ilə işləyir. Həmçinin Vaqif İbrahimoğlu filmdə Cavad olaraq rəqs edən Rafael Dadaşova səhnədə rol verir.xa0
xa0
Elmin Nuri




































































































