Aran bölgəsində Türkiyəyə yardım kampaniyasına start verilib

Hazırda oxunan: Aran bölgəsində Türkiyəyə yardım kampaniyasına start verilib

596077

Aran bölgəsinin sakinləri də qardaş Türkiyədə baş verən zəlzələdə ziyan çəkən əhaliyə kömək məqsədilə yardım kampaniyasına start veriblər.

Səhər saatlarından başlayan aksiyada Ucar, Göyçay və Kürdəmir rayon sakinləri fəal iştirak edirlər.

Belə ki, onların topladığı isti geyimlər, əlcəklər, corablar, yataq dəstləri, quru ərzaqlar, təmizləyici vasitələr rayon ərazisində yerləşən müxtəlif ünvanlarda yığılır. Artıq bu gün ərzində təkcə Ucar rayonundan 3 ədəd yük maşını Bakıya göndərilib.

Sabah isə Göyçay və Kürdəmir rayonundan olan sakinlərin topladığı müxtəlif geyim və quru ərzaqla dolu yük maşınları paytaxta göndəriləcək.  (report)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin