Köhnə avtomobil sahiblərinin NƏZƏRİNƏ – Utilizasiya qaydaları və ÖDƏNİŞ MƏBLƏĞLƏRİ – FOTO
Artıq 2 ildir ki, ölkəmizdə avtomobillərin utilizasiyası həyata keçirilir. Bu layihənin hədəfi həm istismar müddəti bitmiş, ekoloji cəhətdən ziyanla işləyən avtomobilləri dövriyyədən çıxartmaq, həm də vətəndaşları köhnə avtomobilllərdən imtina edərək yenisini almağa təşviq etməkdir.
Bəs proses necə gedir?
Məsələ ilə bağlı “Təmiz Şəhər” ASC-yə sorğu göndərdik. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə “Təmiz Şəhər” ASC tərəfindən 4 utilizator qeydiyyata alınıb:
“Nəqliyyat vasitələrinin utilizasiyası Bakıda, Gəncədə, Sumqayıtda və Abşeron ərazisində yerləşən utilizasiya məntəqələrində həyata keçirilir.
Ötən müdd...