Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Ford” markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Güclü zərbə nəticəsində yük avtomobili ciddi şəkildə deformasiyaya uğrayıb.
Hadisə zamanı avtomobilin sürücüsü, Düz Cırdaxan kənd sakini, 25 yaşlı Fərid Tağıyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində elektrik dirəyi də aşıb. Bu səbəbdən kəndin bir hissəsində elektrik enerjisinin verilişi müvəq...