Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Samara vilayətində yerləşən “Roskosmos”a daxil olan “RKK Progress” müəssisəsinin “Flaminqo” raketləri ilə vurulduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Zelenskinin teleqram kanalında yazdığına görə, Ukrayna Silahlı Qüvvələri Samara vilayətində “Roskosmos”un əsas müəssisələrindən biri olan “Progress” raket-kosmik mərkəzinə zərbə endirib.
Onun bildirib, müəssisə, o cümlədən elektronika istehsalı ilə məşğul olub.
“Flaminqo” raketlərindən istifadə edilib. Yaxşı nəticədir. Sərhədimizdən məsafə təxminən 900 kilometrdir”, – deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti həmçinin Nijni Novqorod vilayətində yerləşən “Savasleyka” hərbi aerodromunun da vurulduğunu bildirib. Onun sözlərinə görə, həmin aerodromda Ukraynanın şəhər və kəndlərinə zərbələr endirən Rusiya raketlərinin daşıyıcıları yerləşir. Zelenski obyektin Ukrayna sərhədindən təxminən 700 kilometr məsafədə olduğunu deyib.
Zelenski paylaşımına zərbələrin görüntülərini də əlavə edib.
Bundan başqa, Ukrayna Prezidenti avqustun 14-də Rusiyanın Ust-Luqa limanında enerji obyektinin vurulduğunu da təsdiqləyib. Onun sözlərinə görə, neft obyektində zədələnmələr qeydə alınıb.
Qeyd edək ki, Samara şəhərində yerləşən “RKK Progress” ASC Rusiyanın aparıcı raket-kosmik müəssisələrindən biridir və “Roskosmos” dövlət korporasiyasının tərkibinə daxildir. Müəssisə 1994-cü ildən “Soyuz-2” seriyalı kosmik daşıyıcı raketlərin və kosmik aparatların hazırlanması və sınaqları ilə məşğuldur.
Bizim.Media





























































































