SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Hörmüzlə bağlı razılıq əldə olundu – VİDEO

631300

İran və Oman gəmilərin Hörmüz boğazından təhlükəsiz tranziti üçün marşrut barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlayıb.

Onun sözlərinə görə, razılaşma Tehran və Maskat arasında aparılan danışıqlar zamanı əldə olunub. Bəqai bildirib ki, İran ABŞ-ın müəyyən addımlarını danışıqların irəliləməsinə maneə kimi qiymətləndirsə də, tərəflər təhlükəsiz keçidlə bağlı razılığa gələ biliblər.
 

Diplomat qeyd edib ki, razılaşmanın əldə olunmasında İranın Xarici İşlər, müdafiə, təhlükəsizlik və ekologiya qurumları da daxil olmaqla bir neçə dövlət strukturu iştirak edib.


O əlavə edib ki, Omanla digər məsələlər üzrə danışıqlar davam edir, lakin gəmilərin təhlükəsiz keçidi ilə bağlı razılaşma ayrıca məsələdir.

Bəqainin sözlərinə görə, Tehran hesab edir ki, ABŞ-ın dəniz sanksiyaları, hərbi mövcudluğu və dəniz blokadası davam etdiyi müddətdə Hörmüz boğazında tam təhlükəsizliyi təmin etmək mümkün deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin