İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi
Son iki sutka ərzində Hörmüz boğazından 100-dən çox ticarət gəmisi keçib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt "ABC News" telekanalına müsahibəsində bildirib.
"Srağagün 55, dünən isə 67 gəmi keçib. Neft və neft məhsullarının daşınma həcmlərinə gəldikdə onlar təxminən müharibədən əvvəlki səviyyəyə uyğundur", - deyə o qeyd edib.
Rayt ABŞ-də benzinin ucuzlaşması müddəti ilə bağlı proqnoz verməkdən çəkinib, lakin ABŞ-İran danışıqlarının nəticələrindən asılı olmayaraq, yanacağın qiymətinin aşağı düşəcəyinə əminliyini ifadə edib.
"Boğazlardan neft və qaz tədarükü normallaşıb. Bu, İranla danışıqların necə inkişaf edə...