Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

620565

Bakıda ağır yol-nəqliyyat hafisəsi olub.

Bizim.Media xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.

Məlumata görə, dünən saat 18:49-da Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda 214 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 10 TG 815 dövlət qeydiyyat nişanlı avtobus  piyadanı vurub.

Belə ki, yaşlı qadın digər avtobusdan düşərkən arxadan gələn nəqliyyat vasitəsi onu vurub, daha sonra üstündən keçib.

1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin