Məktəblərdə vahid geyim tələbi ilə bağlı qanun TƏSDİQLƏNDİ
Dövlət ümumi təhsil müəssisələrində müəyyən edilmiş geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin imzaladığı "Ümumi təhsil haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Sənədə əsasən, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliyin əsas məqsədi mövcud qaydaların hüquqi əsaslarını daha da dəqiqləşdirmək və onların bütün dövlət ümumi təhsil müəssisələrində vahid yanaşma əsasında tətbiqini təmin etməkdir. Sənəddə həmçinin təhsilverənlər üçün də geyimlə bağlı hüquqi əsasın yaradılması vurğulanıb.
Qeyd edilib ki, dəyişiklik dövlət ümumi təhsil müəssisələrind...