Ukraynanın aparıcı informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini geniş işıqlandırıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, "Ukrinform", "RBK-Ukrayna", UNİAN, "İnterfaks-Ukrayna", "Ukraynska Pravda", "Korrespondent", LB.ua, Tsenzor.net və digər informasiya agentlikləri, xəbər portallarında Azərbaycan Prezidentinin Almaniya Kansleri ilə birlikdə mətbuata bəyanatından materiallar yayıblar.
Məqalələrdə Azərbaycanın Avropaya, o cümlədən Almaniyaya qaz tədarükünün əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, Bakıda Almaniya və Rusiya nümayəndələrinin görüşünə dair fikirlər yer alıb.


Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:40 / 22.07.2026
Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO
Hazırda oxunan: Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO
Hazırda oxunan: Ukrayna mediası İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb - FOTO
626807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































