Mahir Emreli ÜZR İSTƏDİ: “Bu oyun ayıbımız olaraq yadda qalacaq” - VİDEO
“Xalqımızdan üzr istəyirik. Qol epizodlarımız oldu. Bu oyun bizim ayıbımız olaraq yadda qalacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının D divizionunun qrup mərhələsində Lixtenşteyn yığması ilə heç-heçə (0:0) etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, komanda mental olaraq yaxşı vəziyyətdə deyil.
Qeyd edək ki, hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.
Bizim.Media ...