Bankların kart əməliyyatlarında yaranan problemlə bağlı “Azericard”dan AÇIQLAMA
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem "Azericard" MMC-dən qaynaqlanmır.
Bizim.Media xəbər verir ki, bu barədə “Azericard" MMC-nin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı "Azericard"dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb:
"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq".
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı, “AccessBank” və “ExpressBank”da bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaşanır. Bundan əl...