SON DƏQİQƏ: Belçika və Niderland səfirləri Azərbaycan XİN-ə çağırıldı
20 aprel tarixində Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşlər zamanı, 16 aprel 2026-cı il tarixində Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib.
Sənədlərin tamamilə yalan və əsassız qiymətləndirmələrə uyğun olaraq tərt...