Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

Hazırda oxunan: Paşinyan: Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri genişləndirmək istəyir

608193

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh erməni hakimiyyətinin balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət konsepsiyasını qəbul etdiyi andan başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramının təqdimatı zamanı danışıb.
 

Paşinyanın sözlərinə görə, balanslaşdırılmış xarici siyasətdə əsas rolu regionallaşma oynayır. Bu siyasətin başlıca məqsədi Ermənistanın xarici dəstək olmadan öz mühitində yaşaması üçün təkcə imkanın deyil, həm də rahat şəraitin yaradılmasıdır.


O qeyd edib ki, bu baxımdan Gürcüstan, İran, Türkiyə və Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır və partiya bu yolu davam etdirəcək.

Paşinyan vurğulayıb ki, regional nəqliyyat infrastrukturunun tam şəkildə açılması, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi və Gümrü-Qars dəmir yolunun istismara verilməsi bölgədə sülh və əməkdaşlığı daha da gücləndirəcək.

Onun sözlərinə görə, bu addımlar regionu şərq-qərb və şimal-cənub istiqamətlərində mühüm bağlantı mərkəzinə çevirə bilər.

Ermənistanın baş naziri əlavə edib ki, regionallaşmanın praktik reallaşması üçün “3+3” formatının gələcək inkişafına da böyük önəm verilir və Ermənistan bu prosesə öz töhfəsini verəcək.

Paşinyan, həmçinin Rusiya Federasiyasının bu formatda iştirakının Ermənistan-Rusiya münasibətlərinin konstruktiv transformasiyası baxımından da vacib olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin