Bu futbolçular “Sabah”dan GEDƏ BİLƏR

Hazırda oxunan: Bu futbolçular “Sabah”dan GEDƏ BİLƏR

608203

“Sabah” klubu bu futbolçularla yollarını ayıra bilər. 

Bizim.Media xəbər verir ki, müqaviləsi başa çatan oyunçulardan – Amin Seydiyevlə Tellur Mütəllimova isə hələlik yeni sözləşmə təklif edilməyib. 

Adıçəkilən futbolçuların paytaxt klubundakı aqibəti bəlli deyil.

Onların yeni mövsümdə “Sabah”da olmayacağı ehtimalı yüksəkdir. Çünki Seydiyevlə Mütəllimov cari mövsüm az forma şansı qazanıblar.

Baş məşqçi Valdas Dambrauskas mövsüm ərzində bu futbolçuların xidmətində çox az yararlanıb. Əgər oyunçulara yeni sözləşmə təklif edilməsə, onlar “bayquşlar”dan azad agent kimi ayrılacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin