Rusiyanın Mıtışi şəhərində baş verən faciə zamanı “FEST Teatrı”nın aktyoru Vladislav Benqraf və həyat yoldaşı Yevgeniya mübahisə zamanı bir-birini bıçaqlayaraq öldürüblər.
Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, mənzildə baş verən mübahisə qadının boşanmaq istəyi ilə bağlı olub.
Münaqişə zamanı tərəflər mətbəx bıçaqlarından istifadə edərək bir-birilərinə ölümcül xəsarətlər yetiriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları mənzilin qapısının içəridən bağlı olduğunu görüblər. Onlar qapını sındırdıqdan sonra içəridə hər iki şəxsin meyitini aşkar ediblər.
Yaxınlarının sözlərinə görə, cütlük arasında tez-tez mübahisələr olur, lakin onlar ayrılıb yenidən barışırdılar. Son vaxtlar münasibətlər daha da gərginləşmiş, qadın ərini evdən çıxarmışdı.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media


































































































