Kiyevdə terror qurbanlarının sayı artdı: Ölənlər arasında musiqiçi də var – FOTO/VİDEO

Hazırda oxunan: Kiyevdə terror qurbanlarının sayı artdı: Ölənlər arasında musiqiçi də var – FOTO/VİDEO

608175

Kiyevdə baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 7-yə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, ağır yaralanan şəxslərdən biri xəstəxanada dünyasını dəyişib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, bu mümkün olmayıb. 

Reuters-in son təsdiqlədiyi rəqəmlərdə daha əvvəl 6 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilirdi.

Hazırda paytaxtın xəstəxanalarında 7 yaralı qalır. Onların arasında bir uşağın da olduğu deyilir. Hadisə Ukraynada terror aktı kimi araşdırılır. Ukrayna rəsmilərinin məlumatına görə, silahlı şəxs küçədə və supermarketdə insanlara atəş açıb, daha sonra girov götürüb və xüsusi təyinatlıların əməliyyatı zamanı zərərsizləşdirilib.
 

Məlumata görə, ölənlər arasında “Druhe Sontse” qrupunun musiqiçisi İqor Savçenko da var. Ukrayna mediası onun həlak olduğunu yazıb.


Bununla yanaşı, ukraynalı jurnalist Vitaliy Qlaqola iddia edir ki, atəşi açan şəxs 58 yaşlı Dmitri Vasılçenkov olub və o, vaxtilə Rusiya ordusunda xidmət edib. Jurnalistin sözlərinə görə, onun Rusiya hərbi formasında fotoları, prorusiya resurslarında izləri və “xüsusi hərbi əməliyyat” üçün ianə etdiyi ilə bağlı paylaşımlar aşkarlanıb.

Bu məlumatı Ukrayna mediasının bir hissəsi də yayıb. Bununla belə, bu detal hələlik rəsmi istintaq tərəfindən tam təsdiqlənməyib.

Reuters və Guardian yalnız hücumçunun Moskvada doğulduğunu, Ukrayna vətəndaşı olduğunu, Rusiyada yaşadığını və Rusiya ilə mümkün əlaqələrinin araşdırıldığını yazır.

Beləliklə, istintaq hazırda həm hücumun motivini, həm də terrorçunun mümkün xarici əlaqələrini araşdırır. Hadisə Kiyevdə böyük ictimai rezonans doğurub.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin