Bakıda 100 min binanın sökülməsi iddialarına RƏSMİ CAVAB

Hazırda oxunan: Bakıda 100 min binanın sökülməsi iddialarına RƏSMİ CAVAB

608240

“Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.
 

"Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib",- məlumatda bildirilir.


Qeyd edək ki, mətbuatda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin