“Qarabağ” Toral Bayramovla bağlı QƏRAR VERDİ

Hazırda oxunan: “Qarabağ” Toral Bayramovla bağlı QƏRAR VERDİ

608150

“Qarabağ” millimizin futbolçusu Toral Bayramovla bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, rəhbərlik müdafiəçini komandada saxlamağı düşünür. 

Ona hələlik yeni müqavilə təklif edilməsə də, Bayramovla yaxın vaxtda danışıqlar başlayacaq.
 

Futbolçunun yeni klub axtarışında olduğu barədə xəbərlər də dolaşır. Ancaq millimizin müdafiəçisi Ağdam klubunun yeni sözləşmə təklifini gözləyir.


O, “Qarabağ”ın müqavilə uzatmaq istəyini geri çevirməyəcək.

Xatırladaq ki, 25 yaşlı futbolçu cari mövsüm “Qarabağ” forması ilə bütün turnirlərdə 38 oyun keçirib, 8 qol vurub və 3 assist edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin