Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ
Texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslər üçün vergi güzəşti müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu msələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, 2027-ci il yanvarın 1-dən 20 il müddətində texnologiyalar parkının rezidentlərində, o cümlədən texnologiyalar parkından kənar fəaliyyət göstərən rezidentlərində bu fəaliyyətin məqsədləri üçün çalışan fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 0 faiz dərəcəsi ilə tutulacaq.
Dəyişikliklərdə iri sahibkarlıq subyektləri üçün isə əlavə şərtlər müəyyən edilir. Belə...