Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, qanunvericilik işlər planına bir neçə yeni qanun layihəsi daxil edilib.
Payız sessiyası müddətində Dövlət Qulluğu Məcəlləsi, “Pulsuz hüquqi yardım haqqında”, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin həvəsləndirilməsi və müdafiəsi haqqında”, “Məhsul şəhadətnaməsi haqqında”, “Aqrar sahə haqqında” və digər qanunlarda dəyişiklik edilməsi haqqında, həmçinin, dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi və qəbulu nəzərdə tutulub.
Bundan başqa, iş planına Azərbaycan Respubliaksı Prezidentinin, deputatların, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri daxil edilib.
Qanunvericilik işləri planı səsə qoyularaq qəbul edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Siyasət
12:12 / 30.09.2026
Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU
Hazırda oxunan: Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU
Hazırda oxunan: Parlamentin payız sessiyasının PLANI – Müzakirəyə çıxarılacaq qanunlar BƏLLİ OLDU
639570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































