Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Hazırda oxunan: Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

639562

Amerikalı aktrisa Cennifer Lorens "Warner Bros." və "New Line Cinema" studiyalarının çəkdiyi "Daşqın" (The Flood) adlı elmi-fantastik trillerində baş rolu oynayacaq.

Bizim.Media xəbər verir ki, məzmunu hələlik gizli saxlanılsa da, Lorensin kosmik gəminin kapitanı Yelena Voss rolunu canlandıracağı və komandanın uzaq bir planetdən gələn sirli siqnalı araşdırmaq üçün səyahətə çıxacağı bildirilir. 

Rejissor Zak Kreqqer film üçün Stenli Kubrikin "Kosmik odiseya 2001" əsərindən ilhamlandığını qeyd edib.

Filmin nümayişi 2028-ci il avqustun 11-nə planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin