Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Hazırda oxunan: Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

639554

Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin rəsmiləri ilə geniştərkibli görüşlər keçirib.

Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, görüşlərdə ölkə başçıları arasında formalaşmış səmimi münasibətlərin ikitərəfli əlaqələrin inkişafına və birgə layihələrin icrasının sürətlənməsinə çox müsbət təsir göstərdiyi vurğulanıb.
 

Səfər zamanı İran parlamentinin sədri Məhəmməd Qalibaf ilə keçirilən görüşdə ölkələrimiz tərəfindən irəli sürülən birgə təşəbbüslərin reallaşmasında və qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsində parlamentlərin vacib rolu qeyd edilib.


Sonra nümayəndə heyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsin Rzai ilə görüşüb və ikitərəfli gündəliyin aktual məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti İranın neft naziri Möhsin Paknejad və energetika naziri Abbas Aliabadi ilə də məhsuldar müzakirələr aparıb, hər iki ölkənin iqtisadiyyatı üçün önəmli olan layihələr nəzərdən keçirilib və əməkdaşlıq perspektivləri dəyərləndirilib.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin