Həccə sənəd qəbulu üzrə artıq bir neçə faiz tamamlanıb.
Bu barədə Bizim.Media-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, sənəd qəbulu yaxşı davam edir.
"Hər gün vətəndaşlar müraciət edir, rayonlardan zəng edirlər. Əlaqə saxlayaraq maraqlanırlar. Artıq bir neçə faizi tamamlamışıq".
Vüsal Cahangiri kvotanın nə qədər olduğunu isə açıqlamayıb: “Kvota barədə məlumat axırda olacaq”.
Qeyd edək ki, QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib. Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Ziyarət, həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:06 / 30.09.2026
Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA
Hazırda oxunan: Bu il Həcc ziyarəti üzrə nə qədər kvota ayrılıb? – QMİ-dən AÇIQLAMA
639568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































