Paytaxtın Nəsimi rayonu ərazisində beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış yeniyetmə xilasedicilərin köməyi ilə xilas edilib.
Bizim.Media xəbər verir ki, 2008-cü il təvəllüdlü K. Rüstəmov yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb.
Əlacsız qalan yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət etmək məcburiyyətində qalıblar.
Dərhal hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilə pəncərədən daxil olublar. Xilasedicilər yeniyetməni yatmış vəziyyətdə aşkar ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:44 / 30.09.2026
Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO
Hazırda oxunan: Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO
Hazırda oxunan: Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO
639553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































