Xalq artisti Rəmiş və həyat yoldaşı Gülü Hüseynova bir-birlərinə olan sevgilərini dilə gətiriblər.
“Hər şey daxil”x9d verilişinə açıqlama verən Gülü xanım bunları deyib: “İl artdıqca Rəmişə məhəbbətim çoxalır. Bu, mənə Allahın əmridir. O əmrdən necə çıxım? Ondan hələ doymamışam. Qışqırmağı belə mənə xoşdur. Qışqıranda deyirəm belə də olmalıdır”x9d.
Gitara ifaçısı isə həyat yoldaşının sözlərinə “Mən də Gülünü sevirəm. Onu sevməsəm, yanında olmaram. Bir yolla aradan qaçaram”x9d, - deyə cavab verib. (axşam.az)







































































































