Bu da Polad Ələmdarın 7 milyon dollarlıq villası - VİDEO

Hazırda oxunan: Bu da Polad Ələmdarın 7 milyon dollarlıq villası - VİDEO

56518
“Kurtlar vadisi” serialında canlandırdığı Polad Ələmdar obrazı ilə məşhurlaşan aktyor Nəcati Şaşmaz şirkəti üçün yeni bina alıb. 

Raci Şaşmaz ilə yollarını ayıran Nəcati ötən ay aralarında yaranan gərginlikdən sonra Nişantaşındakı “Pana film” şirkətini çıxarmaq məcburiyyətində qalmışdı. 

Qardaşı Raci Şaşmazla və illərdir serialın ssenarisini yazan Bahadır Özdənər və Cüneyt Aysanla dava edib ortaqlığa son qoyan Nəcati artıq yoluna tək “qurd” kimi davam etməyi seçib. Serialın bütün məsuliyyəti öz üzərinə götürən və qardaşı ilə də əlaqələrini kəsən Nəcati Şaşmaz şirkəti üçün Kiçik Çamlıca ərazisindən 7 milyon dollar dəyərində olan yeni bina alıb. (ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin