"Prezident Ərdoğanın bir il bundan öncə toxumunu səpdiyi zəhərli və tikanlı ağac artıq cücərməyə başlayıb."
Bunu Moderator.az -a açıqlamasındaxa0eks - spiker Rəsul Quliyev deyib.
"Yadınızdadırsa bir il bundan öncə heç bir Avropa ölkəsinin (Daha doğrusu sivil dünyanın) qəbul etmədiyi, tam izoliyasiyada olan Putini prezident Ərdoğan böyük təntənə ilə Ankarada qarşıladı, heç bir mənası olmayan, heç vaxt baş tutmayacaq blef qaz kontraktına qol çəkdi və çıxışında mənim dostum "kardeşim" Putin dedi. Öz aləmində dünyaya, xüsusilə ABŞ-a "mən müstəqil prezidentəm, nə istəsəm onu da edəcəm. Sizin düşməniniz mənim dostumdur" mesajını göndərdi. Əgər yadınızdadırsa mən o vaxt bunun yaramaz siyasət olduğunu, imzalanmış protokolun ancaq Putinin aparıcı dövlətin başçısı olduğunu legitimləşdirməyə xidmət etdiyini yazmışdım. Həmin görüşdən bir neçə ay sonra Kürd separatçıları həm Türkiyənin daxilində, həm də Suriyada aktivləşdi, yüzlərlə türkü qanına qəltan etdi və silahlı qüvvələrini həm İraq, həm də Suriya tərəfdən Türkiyə ilə sərhəddə yerləşdirdi. Ərdoğan kürdlərin RF-nın silahı ilə müharibə apardığını bilməmiş olmaz. Və 2015-ci ilin əvvəlindən kürdlərin hərbi silah arsenalında yeni, daha mükəmməl rus silahlarının peyda olmasından da xəbərsiz olmamalıdır. Bir neçə ay bundan əvvəl Suriyaya qarşı müharibədə aktivləşmək arzusunda olduğunu elan edən Ərdoğana ABŞ və Avropa tərəfindən kart-blanş verildi, ancaq aktivləşmə Türkiyə tərəfindən yox, kürd separatçıları tərəfindən baş verdi. Qərbdə dayaqlarını itirmiş və Rusiyadan qorxan Ərdoğanın passivliyi şəraitinə Putin qoşununu Suriyaya yeritdi. Suriya ilə ümumi sərhədləri olan və Suriya ərazisindən daima hucuma məruz qalan Türkiyə qorxdu, ancaq Putin dənizlər keçərək, 3000 km hava üzərindən Suriyaya da qoşununu yerləşdirdi və ilk növbədə Kürd separatçıları ilə sıx əmakdaşlığını bərpa etdi. Kürd separatçıları həm Türkiyəyə, həm də Bəşər Əsədə qarşı vuruşurdular. İndi onların ən yaxın dostları ruslar Əsədin tərəfindədir və Suryadadırlar. Deməli Putinin dostu, qardaşı kürdlər iki cəbhədəki vuruşları bir cəbhəyə, yəni türklərə yönəldəcəklər. Hadisələrin belə inkişaf edəcəyini kor olsan belə görməlisən və nəhayət Osmanlı imperiyasını bərpa etmək və Atatürkdən də yuxarı ranqla tarixə düşmək xəyalında olan bizim qəhrəman Ərdoğan bu həqiqəti başa düşdü, ancaq faciəni axıra qədər dərk etmir. O hələ də bilmir ki, Putin kürdlərdən Türkiyə üçün yeni Qarabağ yaratmaq istəyir və bununla da ona cızığından çıxmağa cəsarət etməyən uşaq rolu ayıracaq.
Qismən səhvini anlayan Ərdoğan təşvişə düşüb aktiv hərəkətə keçmək əvəzinə Putinlə görüşüb onunla problemləri müzakirə etmək istəyir. Bu görüş baş tutsa bu dəfə Putin ona "mənim dostum qardaşım, (moy druq i brat) sən heç narahat olma. Biz kürdləri bir yerdə idarə edeəcəyik, sən Qərblə münasibətlərindən qorx, bizdən yox" deyəcək.xa0
Ərdoğan növbəti səhvə yol versə, Rusiya Suriyadakı indiki iki minlik qoşununu 15 minə çatdıracaq, əlavə 100-lərlə tank və artilleriya göndərəcək, bir sözlə, istədiyini Türkiyə, Livan, İordaniya və İraqa diktə etməyə çalışacaq."



































































































