Bakının Rusiyanın yaratdığı ittifaqa qoşulma ”“ Səbəbi

Hazırda oxunan: Bakının Rusiyanın yaratdığı ittifaqa qoşulma ”“ Səbəbi

85254
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) müşahidəçi statusu alması ölkənin xarici siyasi oriyentasiyasında ciddi dəyişiklik demək olacaq.   

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri Azərbaycanın proqrama Dağlıq Qarabağ və bir sıra iqtisadi məsələləri nəzərdə tutaraq müşahidəçi statusu almaq üçün müraciət etdiyini deyib: 

  “Azərbaycan bu addımla Qərbdən imtina etmədiyini, ancaq yeni bir xəttə - Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqla bilavasitə buraya üstünlük verdiyini nümayiş etdirir. Bu təşkilatın ardınca isə Çinin rəhbərliyi altında olan yeni maliyyə sistemi qurumuna - BRİCS-ə qoşula bilər. Belə görünür ki, Moskva Qərbə alternativ qurumların formalaşmasında xeyli fəaldır. Ancaq Azərbaycan Dağlıq Qarabağ məsələsini və bir sıra iqtisadi nəzərdə tutaraq proqrama qoşulub. Çox güman ki, öndə duran əsas məsələ Dağlıq Qarabağ problemidir. Ən azından yeddi rayonun işğaldan azad olunması məsələsinin aktivləşəcəyini güman etmək olar. Azərbaycanın bu qurumla əməkdaşlığı Rusiyaya doğru atılan böyük bir addımdır. Qarşı tərəfdən də Azərbaycana doğru eyni addımın atılmasını gözləmək mümkündür. Bu da Azərbaycan üçün həyati əhəmiyyəti malik Qarabağ problemində statsus-kvonun dəyişilməsi və işğal olunmuş torpaqlarımızın azad olunması məsələsidir”x9d. 

  Politoloq məsələnin bununla bitməyəcəyini qeyd edib:  

 “Azərbaycan gələcəkdə Rusiya ilə çoxtərəfli əməkdaşlığın yeni formalarına cəlb oluna bilər. Ancaq bir şərtlə ki, ərazi bütövlüyü məsələmiz daim Rusiyanın diqqət mərkəzində olsun. Biz əl açıb nəsə istəmirik. Sadəcə olaraq, Rusiyanın bu proseslərdə neytral qalması, Ermənistanla olan münaqişəyə müdaxilə etməməsi və Azərbaycana öz ərazilərinin bərpası üçün imkan yaratmasını istəyirik. Rusiya da bu imkanı yaratmağa borcludur. Hesab edirəm ki, Rusiya Azərbaycanla olan münasibətlərindən çox böyük mənfəət götürəcək. Çünki Azərbaycanın ŞƏT-lə əməkdaşlığı bu ölkə üçün yeni perspektivlər açacaq və ona Qərbin sanksiyalarından xilas olmağa kömək edəcək. Rəsmi Moskva isə bunun əvəzini qaytarmalıdır”x9d.   

Xatırladaq ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının Ufada keçirilən sammitinin açılış mərasimində çıxış edən Rusiya Prezidenti Vladimir Putin Azərbaycan da daxil olmaqla, Ermənistan, Kambodca və Nepal quruma tərəfdaş kimi qoşulacağını deyib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin