Azərbaycan-Ermənistan münasibətləri haqqında danışanda səmimi olmalıyıq. Müəyyən çox acı xatirələr var ki, biz gözümüzü bağlayıb o xatirələri Azərbaycan xalqının yaddaşından silə bilmərik. Bu da bizim tariximizin və mədəniyyətimizin bir hissəsinə çevrilir.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisi Azərbaycanın revanş almaq niyyətində olmadığını, lakin əbədi sülhün bərqərar olunması istiqamətində hələ də görüləsi çoxlu tədbirlərin və təşəbbüslərin olduğunu vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
15:52 / 26.10.2026
Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”
Hazırda oxunan: Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”
Hazırda oxunan: Prezidentin köməkçisi: “Azərbaycan revanş almaq niyyətində deyil”
644331
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































