Cəbrayılda minaya düşən ata-oğulun müalicəsi palata şəraitində davam etdirilir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl rayonunda baş verən partlayış hadisəsi səbəbilə xəsarət alan 2 nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, hər iki pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
Xatırladaq ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Qəhrəmanov Əşrəf Elman oğlu şəhid Ruhin Qəhrəmanovun atası, Qəhrəmanov Orxan Əşrəf oğlu isə qardaşıdır.
Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələ Təpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Fəridə, Bizim.Media

































































































